Musəvi və Kərrubinin işi məhkəmə orqanları tərəfindən araşdırılır

Musəvi və Kərrubinin işi məhkəmə orqanları tərəfindən araşdırılır
# 08 yanvar 2014 14:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən olan, üç ildən artıqdır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin işi məhkəmə orqanları tərəfindən araşdırılır.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran Məhkəmə Sisteminin rəis müavini Məhəmmədcavad Laricani bildirib.

İran İnsan Haqları Təşkilatının katibi deyib ki, 2009-cu il hadisələri unudulmayıb: “Sadəcə, hər iki şəxsin istintaqının uzadılması bəlkə də onların İran İslam Respublikasında müsbət keçmişə malik olmalarına görədir. Məhkəmə rəsmiləri zamanı gəldiyində məlumat verəcək”.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş edib. M.Musəvi İranın baş naziri, M.Kərrubi isı İran parlamentinin sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR