Lənkəranda balıqçılar üçün nəzərdə tutulmuş tikili yanıb

Lənkəranda balıqçılar üçün nəzərdə tutulmuş tikili yanıb
# 30 noyabr 2013 03:25 (UTC +04:00)

Bakı-APA. Lənkəran rayonunda yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Siyavar kəndində baş verib.

Hadisə nəticəsində balıq tutanların qalması üçün nəzərdə tutulmuş ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət tikili 30 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR