İstanbulda “Xəzərdən Qara dənizə strateji baxış” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

İstanbulda “Xəzərdən Qara dənizə strateji baxış” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 11:23 (UTC +04:00)

İstanbul. Mais Əlizadə - APA. İstanbulda “Xəzərdən Qara dənizə strateji baxış” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, Mərmərə Universiteti və Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin təşkil etdiyi konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov bu səpkili toplantıların region ölkələri arasındakı münasibətlərin inkişaf etdirilməsində və bölgədə sülhün bərqərar olmasına xidmət etdiyini vurğulayıb.

H. Əliyev Fondunun dünya miqyasında gördüyü xeyriyyəçilik işlərindən bəhs edən Samir Cəfərov, fondun əsas vəzifələrindən birinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlardan danışıb.

Azərbaycanın əsas məsələsinin təhlükəsizlik problemi olduğunu söyləyən Samir Cəfərov, bu səpkili toplantıların Azərbaycanın təhlükəsizlik probleminin həllinə kömək edəcəyinə inandığını vurğulayıb. Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının Serbiyadakı səfiri, Beynəlxalq Qara Dəniz Fondunun bas katibi Eldar Həsənov, Xəzər dənizinin statusu probleminin hələ də həll edilmədiyinə diqqəti cəlb edərək bununla bağlı konvensiyanın hələ də imzalanmamasının təəssüf doğurduğunu vurğulayıb.

Xəzər bölgəsindəki inkişafa ən böyük əngəli ölkələrin ərazi bütövlüyünün tapdanmasının törətdiyini dəyən səfir Eldar Həsənov, ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində elm adamlarını və QHT-ləri beynəlxalq hüquqa uyğun araşdırmalar aparmağa çağırıb. Səfir Həsənov, Xəzər hövzəsi enerjisinin Avropaya daşınmasında Azərbaycan - Türkiyə əməkdaşlığının örnək olduğunu vurğulayıb.

Eldar Həsənov 2006-çı ildə Azərbaycan və Rumıniya prezidentlərinin tövsiyəsi ilə yaradılmış Beynəlxalq Qara Dəniz Fondunun götürdüyü işlərdən danışıb.

7 ölkədən 32 məruzəçinin iştirak etdiyi konfrans 2 gün davam edəcək. Konfransda Azərbaycandan elm adamları və QHT rəhbərləri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR