Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgi açılıb

Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgi açılıb
# 20 fevral 2014 09:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Milli İncəsənət Muzeyində Azərbaycanın xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərlər nümayiş olunacaq.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda anadan olub. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali Sənaye Rəssamlıq Məktəbinin keramika-şüşə fakültəsində təhsilini davam etdirib.

Mənzərə, natürmort, portret janrlarında işlədiyi “Köhnə Bakı mədənləri”, “Sufi Həmid”, “Qırmızı şlyapa”, “Abşeron kəndi”, “Azərbaycan lirikası” adlı keramik triptix, “Füzulinin portreti”, “Şeyx Şamil”, “İzzət Orucova”, “İlyas Əfəndiyev”in portretləri, “Narla natürmort” və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik istedadlı sənətkar olduğuna əyani sübutdur.

Sərgi fevralın 28-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR