İranda 15 maşın toqquşub, ölən və yaralananlar var

İranda 15 maşın toqquşub, ölən və yaralananlar var
# 05 aprel 2014 09:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gecə İranın Əlborz vilayətində zəncirvari qəza baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə Kərəc-Qəzvin magistralında, Savucbulaq rayonu yaxınlığında baş verib.

Belə ki, 15 avtomobil toqquşub. Hadisəyə içərisində benzin olan tanker səbəb olub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 43 nəfər xəsarət alıb.

Xəsarət alanlar Əlborz vilayətinin xəstəxanalarına yerləşdiriliblər.

Tankerdəki benzinin dağılması isə yolun bağlanmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR