Əlyazmalar İnstitutunun direktor müavini: “Torpaqlarımız Rusiyanın dəstəyi ilə işğal olunub”

Əlyazmalar İnstitutunun direktor müavini: “Torpaqlarımız Rusiyanın dəstəyi ilə işğal olunub”
# 25 fevral 2014 08:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın verdiyi məlumata görə, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Şöhrət Səlimbəylinin müəllifi olduğu və dördüncü cildi çapdan çıxan "Terrorizm - qan çilənən torpaqlar" kitabından söz açıb və ermənilərin törədikləri vəhşiliklərin, faktların sənədlərdə əksini tapmasının mühüm olduğunu söyləyib.

Xocalı faciəsindən danışan Ş. Səlimbəyli həmin vaxt Ağdamda olduğunu bildirib. Müharibə iştirakçısı olduğunu nəzərə çatdıran Ş. Səlimbəyli o dövrdə Azərbaycan rəhbərliyindəki əksər şəxslərin məsuliyyətdən yayındığını, yalnız ədliyyə naziri Əlisaab Orucovun və o zamankı səhiyyə nazirinin münaqişə bölgəsinə tez-tez baş çəkdiyini vurğulayıb: “Ancaq bu, o demək deyil ki, Azərbaycan hakimiyyətindəki adamlar satqın olub. Biz bu məsələdə məsuliyyətli olmalıyıq. Bizim torpaqlarımız Rusiyanın dəstəyi ilə işğal olunub. Xocavəndin 6 kəndi işğal olunmuşdu, o vaxt bizim döyüşçülər Qafana qədər erməniləri qovdu, 1992-ci ildə Ağdərə alındı, Xankəndinə qədər torpaqlarımız azad edildi. Lakin Rusiya torpaqlarımızı azad etməyimizə imkan vermədi”.

P. Kərimov Əlyazmalar İnstitutunda xalqımızın başına gələn faciələrin tədqiq edilməsini həmişə diqqət mərkəzində saxladıqlarını və bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbir iştirakçıları Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində səylərin davam etdirilməsini zəruri sayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR