Pakistanda kinoteatrda törədilmiş bir neçə partlayış nəticəsində 11 nəfər ölüb, 18 nəfər yaralanıb

Pakistanda kinoteatrda törədilmiş bir neçə partlayış nəticəsində 11 nəfər ölüb, 18 nəfər yaralanıb
# 11 fevral 2014 18:48 (UTC +04:00)

Bakı-APA. Pakistanın Peşəvər şəhərində kinoteatrda törədilmiş bir neçə partlayış nəticəsində 11 nəfər ölüb, 18 nəfər yaralanıb. APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, yaralılardan 2 nəfərin vəziyyəti kritikdir.

Məlumata görə, partlayışlardan biri Shama Cinema kinoteatrının içərisində, ikisi isə binanın qarşısında törədilib. Terrorçuların əl qumbaralarından istifadə etdiyi bildirilir.

Yerli KİV-lərin məlumatına görə, qeyd olunan kinoteatrda pornoqrafik filmlər nümayiş olunduğundan obyektin rəhbərliyinə dəfələrlə təhdid edilib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR