Göygöldə avtomobil icra başçısının evinə çırpılıb, yaralananlar var - VİDEO

Göygöldə avtomobil icra başçısının evinə çırpılıb, yaralananlar var - <span style="color: red;">VİDEO
# 29 mart 2014 14:43 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR