“Unibank” bayram günlərində də işləyəcək

“Unibank” bayram günlərində də işləyəcək
# 08 may 2014 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Unibank” bayram günlərində işləyəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mayın 10-da bankın bütün paytaxt və bölgə filialları (“Baksovet” və “Dərnəgül” filialları istisna olmaqla) müştərilərinin xidmətində olacaq.

Səhər saat 09.00-dan 17.00-dək müştərilər “Unibank” filiallarında bütün bank xidmətlərindən istifadə edə bilərlər. Mayın 9-u isə qeyri-iş günü olduğu üçün bank filialları işləməyəcək.

“Unibank” hazırda 36 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Bank filialları müştərilərə həftənin 6 günü nahar fasiləsiz xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR