Dow Jones indeksi 0,82%, S&P 500 0,79%, Nasdaq 1,04% yüksəlib

Dow Jones indeksi 0,82%, S&P 500 0,79%, Nasdaq 1,04% yüksəlib
# 01 aprel 2014 07:40 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Martın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,82% - 16 458 bəndədək, S&P 500 0,79% - 1 872 bəndədək, Nasdaq 1,04% - 4 199 bəndədək yüksəlib.


«APA-Economics»ın məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0,26% - 6 598 bəndədək, Almaniya DAX-ı 0,33% - 9 556 bəndədək, Fransa CAC-40-ı isə 0,45% - 4 391,5 bəndədək azalıb.


COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 283,8 dollara bərabər olub. Bu, cari ilin fevralın 11-dən etibarən ən aşağı göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR