Sergey Lavrov: "Rusiya və ABŞ-ın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dair öhdəliklərini bir daha təsdiq etdik" - FOTO

Sergey Lavrov: "Rusiya və ABŞ-ın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dair öhdəliklərini bir daha təsdiq etdik" - <span style="color: red;">FOTO
# 07 may 2013 22:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov –APA. ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, geniş tərkibdə keçirilən görüşdə Con Kerri Suriya böhranının həllində Rusiya ilə mövqelərinin üst-üstə düşdüyünü söyləyib: “ABŞ Suriyada sabitliyin bərqərar olmasında, bütün bölgəyə təsir edəcək problemlərin baş verməməsi barədə Rusiya ilə ortaq mövqeyə malikdir. Bizim ölkələrimiz Cenevrə sazişini imzalamaqla bu ortaq mövqeni nümayiş etdiriblər. Ona görə də, hesab edirəm ki, bu problemi detallı şəkildə müzakirə edə biləcəyik”.


Con Kerri Şimali İrlandiyada keçiriləcək “Böyük səkkizlər” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini söyləyib. Rus və Amerika mütəxəssislərinin Bostonda baş verən terror hadisəsinin üstünün açılması üçün birgə çalışdığını söyləyən dövlət katibi rəsmi Moskvaya təşəkkürünü bildirib.

Sergey Lavrov Rusiya və ABŞ-ın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dair öhdəliklərini bir daha təsdiq etdiklərini söyləyib.

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR