Tərtərdə 56 yaşlı iş adamı qətlə yetirilib

Tərtərdə 56 yaşlı iş adamı qətlə yetirilib
# 20 fevral 2014 07:19 (UTC +04:00)

Tərtər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin Vasif Hüseynov küçəsi 8 ünvanında qeydə alınıb.

1958-ci il təvəllüdlü Sənan Ərşad oğlu Mirzəyev yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.

Prokurorluqdan bildirilib ki, S. Mirzəyevin rayon ərazisində bir neçə avtoyuma məntəqəsi olub. Hazırda hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR