Gəncədə iki bıçaqlanma hadisəsi baş verib

Gəncədə iki bıçaqlanma hadisəsi baş verib
# 16 may 2014 08:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bir gündə iki bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 24 yaşlı Elgiz Məmmədov sol sağrı nahiyəsinin deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, E. Məmmədovu Nicat Abbasov adlı şəxs bıçaqlayıb.

İdarədən verilən məlumata görə, Gəncə şəhər sakini 33 yaşlı Ramin Məmmədov da bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdıra zamanı məlum olub ki, onu Anar adlı şəxs bıçaqlayıb.

Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Nicat Abbasovun və Anar adlı şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR