Yaponiyada güclü qar nəticəsində ölənlərin sayı 11-ə çatıb

Yaponiyada güclü qar nəticəsində ölənlərin sayı 11-ə çatıb
# 16 fevral 2014 04:48 (UTC +04:00)

Bakı-APA. Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 1300-dən çox insan xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Təbii fəlakət nəticəsində 18 mindən çox ev işıqsız qalıb, ölkənin nəqliyyat sistemində ciddi problemlər yaranıb. Qeyri-sabit hava şəraiti səbəbindən 830-dan çox təyyarə reysi təxirə salınıb. Problemlər həmçinin qatarların hərəkətində də yaşanır. Magistral avtomobil yollarında nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.

Qeyd edək ki, ötən həftənin sonunda ölkəyə yağan güclü qar nəticəsində azı 15 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR