Şamaxıda elektrik cərəyanı vuran şəxs 15 metrlik hündürlükdən yerə çırpılıb - VİDEO

Şamaxıda elektrik cərəyanı vuran şəxs 15 metrlik hündürlükdən yerə çırpılıb - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 14:46 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Şamaxı rayon Elektrik Şəbəkəsinin əməkdaşını cərəyan vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çuxuryurd kəndində baş verib. Elektrik Şəbəkəsinin əməkdaşı Bəhruz Baxışov elektrik naqillərində baş verən nasazlığı aradan qaldırmaq üçün təxminən 15 metrlik dirəyə çıxıb. Təhlükəsizlik qaydalarına əməl olunmadığından orada onu cərəyan vurub və yerə çırpılıb. B. Baxışov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində B. Baxışovun hər iki əli yanıb və sümükləri qırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR