Paytaxtda 3 otaqlı ev yanıb

Paytaxtda 3 otaqlı ev yanıb
# 25 fevral 2014 23:03 (UTC +04:00)

Bakı-APA. Paytaxtda ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR