Bakıda “Təmiz Şəhərim” fotosərgisi açılıb - FOTO

Bakıda “Təmiz Şəhərim” fotosərgisi açılıb - <span style="color: red;">FOTO
# 21 fevral 2014 08:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakının Qala qəsəbəsində “Təmiz Şəhərim” fotoşəkil müsabiqəsinin yekunları üzrə fotosərginin rəsmi açılış mərasimi keçirilib.

«Təmiz Şəhər» ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü keçirilib.

“Təmiz Qala” layihəsi çərçivəsində baş tutan fotomüsabiqənin keçirilməsində əsas məqsəd “yaşıl düşüncə” prinsipini təbliğ etmək, tarixən qədim, lakin müasir şəhərimizin gözəlliyinə və onun qorunub saxlanılmasına gənclərin diqqətini yönəltməkdir.

“Qız Qalası” qalereyasında keçirilmiş tədbirdə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət tərəfindən ekologiya və ətraf mühit sahəsinə ayrılan diqqətin rolunu xüsusi ilə qeyd edib. O, həmçinin Heydər Əliyev Fondu tərəfindən bu sahənin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Z.İbrahimov Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən həyata keçirilən “Təmiz Qala” tullantıların idarəedilməsi üzrə layihənin əhəmiyyətindən danışıb, layihə çərçivəsində baş tutan maarifləndirmə tədbirləri haqda məlumat verib, “Təmiz Şəhərim” sərgi-müsabiqəsinin də bu silsilə tədbirlərin davamı olduğunu söyləyib.

İdarə Heyətinin sədri qədim tarixə, zəngin sərvətlərə malik və eyni zamanda çox gözəl müasir şəhər olan paytaxtımızda ekoloji tarazlığın qorunmasının vacib olduğunu qeyd edərək, tədbirin ətraf mühitin mühafizəsi və insanların şəhərimizin təmiz saxlanılmasına daha böyük qayğı ilə yanaşmağa bir təkan olacağını ümid etdiyini söyləyib.

Sərgidə paytaxt Bakının gözəl guşələrini tərənnüm edən fotolar ilə yanaşı, insanlar tərəfindən tullantılarla çirklənmiş məkanları əks etdirən şəkillər də nümayiş etdirilir. Sərginin məqsədi əhalini və şəhərimizin qonaqlarını bu gözəlliyi birgə qorumağa səsləməkdir. Sərgi fevralı 21, 22 və 23-də fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən ilin 20 noyabr-10 dekabrda keçirilmiş foto müsabiqəyə tullantıların təkrar emalı, yenidən istifadə və ümumiyyətlə, ekoloji mədəniyyətin inkişaf etdirilməsi kimi mövzuları əhatə edən 300-dən çox foto təqdim edilib. Bu fotoşəkillər arasında münsiflər heyəti tərəfindən 50 fotoşəkil seçilərək sərgilənmək hüququnu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR