Rusiyanın Kazan şəhərində Azərbaycan vətəndaşı 60 yaşlı qadını qətlə yetirib

Rusiyanın Kazan şəhərində Azərbaycan vətəndaşı 60 yaşlı qadını qətlə yetirib
# 24 iyun 2014 09:48 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, adı açıqlamayan 30 yaşlı Azərbaycan vətəndaşı Dağıstanda Rusiya-Azərbaycan sərhədini keçmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qətl hadisəsi iyunun 1-də Kazan şəhərində baş verib. Şəhərin Vaxitovskiy rayonunda yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, 60 yaşlı qadın evin sahibidir. O, Azərbaycan vətəndaşı tərəfindən bıçaqla qətlə yetirilib.

Məlum olub ki, Azərbaycan vətəndaşı ilə həmin qadın xeyli müddətdir tanış olublar. Azərbaycanlı həmin qadının evində kirayənişin olub. İyunun 1-də onlar arasında mübahisə düşüb. Nəticədə Azərbaycan vətəndaşı bıçaqla qadının boyun nahiyəsinə bir neçə dəfə zərbə endirib. 60 yaşlı qadın hadisə yerində keçinib, qatil isə hadisə yerindən naməlum istiqamətdə qaçıb. Hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını 3 gün sonra Dağıstanda Rusiya-Azərbaycan sərhədini keçmək istəyərkən saxlayıb. İstintaqa ilkin ifadəsində Azərbaycan vətəndaşı qadını öldürdüyünü etiraf edib. O, həmin qadının ona pul borclu olduğunu, lakin vermək istəmədiyini, onun üstünə bıçaq çıxardığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR