Azərbaycan-Hollandiya Əməkdaşlıq Şurasının yaradılması təklif olunub

Azərbaycan-Hollandiya Əməkdaşlıq Şurasının yaradılması təklif olunub
# 12 fevral 2014 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Niderlandın Azərbaycandakı səfiri Robert Qabriyelse ilə görüşüb.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, M.Musayev Konfederasiya haqqında ətraflı məlumat verərək, yeni yaranan «ASK Biznes Konsaltinq» MMC-nin gələcək fəaliyyət istiqamətlərindən söhbət açıb. Görüşdə sosial, siyasi, iqtisadi sahələrdə Azərbaycan-Niderland münasibətləri, ticarət, iqtisadiyyat sahələrində işgüzar fəaliyyətin perspektivləri müzakirə edilib. ASK prezidenti M.Musayev Azərbaycan və Niderlandın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu qeyd edib, mövcud imkanların reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirib.

Həmçinin, iki ölkə arasında bu günədək aqrar sahədə həyata keçirilən layihələr ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsi vacib məsələlərdən biri hesab olunub. M.Musayev ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən Holland iş adamlarına ASK tərəfindən dəstək olacağını da vurğulayıb.

Niderlandın Azərbaycana yeni təyin olunmuş səfiri R.Qabriyelse isə bildirib ki, Azərbaycanda diplomatik fəaliyyət göstərdiyi müddətində ASK ilə əməkdaşlığa böyük önəm verəcək, həmçinin Azərbaycan və Hollandiya iş adamları arasında ikitərəfli əlaqələrin güclənməsinə dəstək göstərəcək. Görüşün sonunda ASK tərəfindən Azərbaycan-Hollandiya Əməkdaşlıq Şurasının yaradılması təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR