Bakıda I qrup əlil intihar edib

Bakıda I qrup əlil intihar edib
# 02 aprel 2014 08:35 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi 14 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əjdər Hacıağa oğlu Qədirov yaşadığı evdə özünü asaraq intihar edib.

Polisdən Ə. Qədirovun I qrup əlil olduğu bildirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR