Müsavat Divanı Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti müzakirə edib

Müsavat Divanı Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti müzakirə edib
# 17 fevral 2014 14:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Divan üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.

T. Abbaslı qeyd edib ki, iclasda partiyanın Gənclər Təşkilatından (GT) çıxarılan 8 nəfər və təşkilatda yaranmış qalmaqalla bağlı müzakirələr aparılıb, problemin araşdırılması üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Müsavat GT-nin qərarı ilə 8 nəfər təşkilatdan kənarlaşdırılıb. Nəticədə GT sədrliyinə namizəd olmuş Rüfət Hacıbəyli və hazırkı sədr Əhliman Abbasın tərəfdarları arasında qalmaqal yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR