Braziliya Senatında marixuananın leqallaşdırılması haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq

Braziliya Senatında marixuananın leqallaşdırılması haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq
# 16 fevral 2014 04:19 (UTC +04:00)

Bakı-APA. Braziliya Senatında marixuananın leqallaşdırılması haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Uruqvay modelinə uyğun olaraq, ev şəraitində və dövlət nəzarəti altında marixuananın istehsalı və qəbul edilməsini icazə verir.

Qanun layihəsi marixuananın ev şəraitində istehsalını, marixuana həvəskarları klublarının qeydiyyata alınmasını və narkotik bitkini istehsal edərək satışa çıxaracaq müəssisələrin lisenziyalaşdırılmasını nəzərdə tutur. 20 mindən çox internet istifadəçisinin qeyd olunan qanun layihəsinə dəstək verməsi sənədin parlamentin müzakirəsinə çıxarılmasına səbəb olub. Qeyd olunan göstərici Senatın rəsmi saytında aparılan səsvermədə cəmi bir həftə ərzində əldə olunub.

Qanun layihəsinin qəbul olunacağı təqdirdə Braziliya dünyada marixuananın istehsalını leqallaşdıran ikinci dövlət olacaq.

Xatırladaq ki, Uruqvayda marixuananın leqallaşdırılması haqqında qanun ölkə prezidenti Xose Muxika tərəfindən ötən ilin dekabrında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR