Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
# 06 fevral 2014 17:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması vəkillərə elan olunub. APA-nın məlumatına görə, növbəti gündən vəkillər P. Həşimlinin cinayət işi üzrə materiallarla tanış olmağa başlayacaqlar.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR