Azərbaycan şirkətləri Ümumrusiya sərgisinə dəvət olunub

Azərbaycan şirkətləri Ümumrusiya sərgisinə dəvət olunub
# 23 dekabr 2013 12:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Moskva şəhərində Ümumrusiya «Dövlət sifarişi – 2014» («QosZakaz-2014») adlı sərgi-forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, 2014-cü il aprelin 23-25-də Rusiya paytaxtında «Crocus Expo» mərkəzində baş tutacaq.

«Dövlət sifarişi – 2014» sərgi-forumu dövlət səviyyəsində sifarişçilərlə ixracatçılar arasında birbaşa dialoqun yaradılması üçün geniş imkanlar yaradır. Sərgi çərçivəsində iştirakçılar öz məhsullarını, xidmət növlərini nümayiş etdirmək imkanı əldə edəcək. Bundan başqa, onlara təqdim edilən məhsullar barədə lazımi informasiyalar əldə etmək və danışıqlar aparmaq imkanı yaradılacaq.

Sərgi-forumda Rusiyanın regionlarından olan istehsalçılar və bir sıra xarici şirkətlər iştirak edəcək. Həmçinin, sərgi çərçivəsində «İlin ən yaxşı tədarükçüsü» nominasiyası üzrə mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgi haqqında daha ətraflı məlumatlar əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR