Maliyyə naziri Samir Şərifov səsvermədə iştirak edib

Maliyyə naziri Samir Şərifov səsvermədə iştirak edib
# 09 oktyabr 2013 11:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Səs verdiyim məntəqədə hər cür şəraitin yaradılmasına baxmayaraq, xarici müşahidəçilər, xüsusilə Belarusdan olan müşahidəçilərdən başqa yerli müşahidəçilərə rast gəlmədim”. Bunu APA-ya açıqlamasında 36 Saylı IV Xətai Seçki Dairəsinin 5 saylı məntəqəsində səs verən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Təxminən saat 11:30 radələrində səs verən nazir qeyd edib ki, səs verdiyi məntəqədə seçicilərin aktivliyi, ümumiyyətlə, seçkinin təşkili yüksək səviyyədədir: “Quraşdırılan veb-kameralar, seçicilərin məntəqəyə axını, hətta növbə yaranması, müşahidəçilər üçün yaradılan şərait və sair bunu deməyə imkan verir. Lakin nədənsə xarici müşahidəçilərdən başqa yerli müşahidəçilərə rast gəlmədim”.

S. Şərifov bildirib ki, o öz namizədinə səs verərkən Azərbaycanın uğurlu inkişafını, sabitliyi və tərəqqini əsas meyar kimi götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR