“Sepah”ın baş komandanı: “Musəvi və Kərrubinin ev həbsində tutulması onların cəzalarıdır”

“Sepah”ın baş komandanı: “Musəvi və Kərrubinin ev həbsində tutulması onların cəzalarıdır”
# 20 fevral 2014 15:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı İran müxalifətinin liderləri sayılan Mirhüsey Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin ev dustaqlığında saxlanılmasına münasibət bildirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, general-mayor Məhəmməd Əli Cəfəri jurnalistlərə açıqlamasında ev həbsinin onların cəzaları olduğunu deyib.

Baş komandan həmçinin İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinə toxunub: “ABŞ etimad göstəriləsi ölkə deyil. Nüvə müzakirələrində problemlə qarşılaşacağıq. Lakin həmin vəziyyətə gəlməməyi ümid edirəm”.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ancaq bu günlərdə M.Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. M.Kərrubi peyk televiziyalarına baxa, internet və telefondan istifadə edə bilməz. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, M.Musəvi və M.Kərrubi tövbə etməyəcəkləri təqdirdə, onların işində heç bir irəliləyiş baş verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR