Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 iyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 iyun - <span style="color: red;">VİDEO
# 02 iyun 2014 17:09 (UTC +04:00)
Bakı-APA. Ermənistanda erməni gənclər qarşısında hər zaman özündənrazı və şizofrenik çıxışları ilə yadda qalan Serj Sarkisyanda bu, bu dəfə alınmadı. Qazaxıstan prezidenti Nursultan Nazrbayevin Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidentinin məktubundakı faktları dəstəkləməsi Sarkisyanın burnunu əməlli-başlı ovub. Sarkisyan Astanaya böyük ümidlərlə getmişdi. Amma elə astanadaca da payını aldı. Hətta həmişə güvəndiyi və arxasında daim həmişə hiss etdiyi Rusiyanın dəstəyi də bu dəfə ona kömək olmadı. Ömrü boyu onun-bunun hesabına yaşamağa öyrəşən, siyasətindən əlavə iqtisadiyyatı da öz əlində olmayan Sarkisyan və rəhbərlik etdiyi dövlətin nə vaxtsa divara dirənəcəyi gözlənilən idi. Çünki ermənilər bir məqamı ömür boyu unudublar. Dünya artıq bir mahnıda deyildiyi kimi həminki "köhnə dünya" deyil, dünya dəyişir və yenilənir. İndi qloballaşan dünyada söz sahibi olan ölkələr dünyanın iqtisadi maraqlarını dəyişən, bura yeni töhfələr verən ölkələrdir. Dəyişməyən və köhnə qalan isə yalnız Sarkisyan və onun kimilərin beynidir. Bu beyinlə isə siz hələ çox astanalardan qovulacaqsınız.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR