AMEA İnformasiya Texnologiyaları İnstitutu sosial şəbəkələrin analizi üçün optimallaşdırma modeli və alqoritmi təklif edib - FOTO

AMEA İnformasiya Texnologiyaları İnstitutu sosial şəbəkələrin analizi üçün optimallaşdırma modeli və alqoritmi təklif edib - <span style="color: red;">FOTO
# 24 dekabr 2013 08:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda sosial şəbəkələrin analizi üzrə elmi-tədqiqat işi aparılıb, sosial şəbəkələri analizi üçün optimallaşdırma modeli və alqoritmi təklif edilib.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun illik hesabatı ilə bağlı çıxışında institutun direktoru Rasim Əliquliyev söyləyib.

O bildirib ki, bu il institutda milli informasiya təhlükəsizliyinin ayrı-ayrı komponentləri araşdırılıb, risk amilləri tapılıb və elektron dövlətin təhlükəsizliyinin idarə olunması üçün riyazi modellər təklif olunub: “Elektron dövlətin özünün sosial şəbəkələr, buludlar modeli vasitəsilə təqdim olunması da araşdırılıb. Azərbaycanın informasiya təhlükəsizliyinə hücumla bağlı zərərli sosial şəbəkələrin aşkarlanması vasitələri üzərində də iş aparılıb”.

R.Əliquliyev nəzərə çatdırıb ki, bu il “AzScienceNet” Elmi Kompüter Şəbəkəsinə qoşulmuş AMEA institut və təşkilatlarda kabelləşdirmə işləri aparılıb və 365-ə yaxın yeni kompüter internet şəbəkəsinə qoşulub, AMEA-nın 5 institut və təşkilatında yeni xidmət sahələri aparılıb. Onun sözlərinə görə, AMEA-da internetə tələbat bu il 2 dəfə artıb. Gələn il www.science.gov.az saytında elektron görüntüləri vermək mümkün olacaq: “Artıq İnformasiya Texnologiyaları İnstitutunda data-baza, bulud texnologiyasından istifadə imkanı yaradılıb. İndi alimlərimizin hər hansı məlumatı ayrı-ayrı yaddaş vasitələrində saxlamağa ehtiyac yoxdur. Bulud texnologiyası AMEA-da hər bir şəxsə, şöbəyə, instituta öz məlumatlarını ayrıca saxlamağa imkan verir. Bu, bir bank hesabına bənzəyir, həmin hesaba yalnız istifadəçi öz parolu ilə daxil ola bilər. Alimlərimiz dünyanın harasında olmasından asılı olmayaraq bu data-mərkəzdə yerləşdirdikləri informasiyadan istifadə edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR