Bakı. Real Cəfərli – APA. “İran konkret sənəd olmadan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin heç bir iddiasını qəbul etməyəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. O deyib ki, agentliyin sualları iddiadan başqa bir şey deyil: “Biz konkret olmayan suallara sonsuzadək cavab verməyəcəyik”.
Ə. Ə. Salehi qeyd edib ki, İranla beynəlxalq agentlik arasında əldə olunmuş 7 maddəlik razılaşmanın 5-i Cenevrə razılaşması ilə bağlıdır.