Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş poçt markası buraxılıb
# 24 may 2013 11:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş poçt markasını təqdim edib.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, markanın nominal dəyəri 60 qəpik, tirajı isə 200 min ədəd təşkil edir.

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış şairə Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi.

2013-cü ildə UNESCO Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR