Azərbaycan prezidentinin fəaliyyətini əks etdirən internet resurslarının vəziyyəti haqqında infoqrafika hazırlanıb

Azərbaycan prezidentinin fəaliyyətini əks etdirən internet resurslarının vəziyyəti haqqında infoqrafika hazırlanıb
# 18 mart 2014 16:51 (UTC +04:00)

APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezidentin rəsmi “Facebook” səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda göstərilir ki, hazırda ölkə başçısının “Facebook” səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir. İzləyicilərin 70 faizini 18-38 yaş arası gənclər əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış olub.

Azərbaycan prezidentinin “Twitter” səhifəsi iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bugünədək 3 min “tvit” paylaşılıb.

Ölkə başçısının “YouTube” videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.

Prezidentin “İnstagram” fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb.

Bunlarla yanaşı, ölkə prezidentinin “Vimeo” və “Flikr” xidmətlərində də səhifələri fəaliyyət göstərir.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR