Azərbaycanın kənd təsərrüfatı naziri Beynəlxalq Maliyyə Korporasiyasının missiyası ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri Beynəlxalq Maliyyə Korporasiyasının missiyası ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 15:43 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən Azərbaycanda həyata keçirilən “İnvestisiya mühiti üzrə məsləhət xidmətləri” layihəsi çərçivəsində missiyasının nümayəndələri ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi BMK tərəfindən Azərbaycanda həyata keçirilən “İnvestisiya mühiti üzrə məsləhət xidmətləri - II” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının və BMK-nın 2015-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi ilə layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

H.Əsədov BMK tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib və daim dəstək olacağını bildirib. Görüş çərçivəsində əsas prioritet sahələr hesab edilən “Bağçılıq sahəsində dəyər zəncirinin təhlili”, investisiya mühiti sahəsində şəffaflığın artırılması, investorlar üçün riskin və biznes üçün məsrəflərin azaldılması vasitəsilə rəqabətli və ədalətli mühitin təşviq edilməsi, aqrobizneslərin rəqabət qabiliyyətinin artırılması, yerli və xarici investorlar üçün proqnozlaşdırıla bilən investisiya mühitinin dəstəklənməsi sahəsində müqavilələrin tətbiqi mexanizminin yaradılması, aqrar sığorta, elektron hökumət sisteminin qurulması, qida təhlükəsizliyi sahələrində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası ilə BMK arasında hazırlanmış “Bitki sortlarının sınağı və qeydiyyatı sahəsində əməkdaşlıq sazişi” müzakirə edilib. Sazişdə əsas məqsəd fermerlərin həm ölkədə yaradılan, həm də idxal olunan bitki sortlarının toxumlarının əldə etmək imkanlarının artırılması və bununla əlaqədar Dövlət Sort Sınaq Komissiyasının təkmilləşdirilməsi vasitəsilə kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasından ibarətdir.

BMK-nın Avropa və Orta Asiya ölkələri üzrə aqrobiznes sahəsində əməliyyatlar üzrə baş məsul şəxsi Heinz Strubenhoff qeyd olunan məsələlər üzrə qısa müddətdə təkliflər paketi hazırlanacağını və bu əlaqələrin daha da inkişaf etdirilməsini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR