Belarus prezidentinin Ermənistana rəsmi səfəri başlayıb

Belarus prezidentinin Ermənistana rəsmi səfəri başlayıb
# 13 may 2013 08:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistana rəsmi səfəri başlayıb. APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, A. Lukaşenko Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcək.

Danışıqların yekunları əsasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR