Azərbaycanda avtomobil çaya düşüb, sürücü boğulub - VİDEO

Azərbaycanda avtomobil çaya düşüb, sürücü boğulub - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2013 09:55 (UTC +04:00)

İmişli Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 28-də İmişli rayonu Hacırüstəmli kəndi ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini Fəqan Atakişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını Əzizbəyov adına kanalının üzərindəki körpüdən kanala aşırıb. Nəticədə avtomobildən çıxa bilməyən sürücü boğularaq ölüb. F. Atakişiyevin meyiti sudan çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR