İran-Azərbaycan sərhədində naməlum şəxslər posta hücum edib, 4 nəfər ölüb - VİDEO

İran-Azərbaycan sərhədində naməlum şəxslər posta hücum edib, 4 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 22 aprel 2014 12:09 (UTC +04:00)

APA-nın “Oyannews” istinadən verdiyi məlumata görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib.

Yerli sakinlər naməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflər arasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərin posta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı, o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərin yerli azərbaycanlılar olduqları qeyd edilir.

Hazırda İran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR