Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib
# 13 mart 2014 11:21 (UTC +04:00)

Bakı - APA. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında Qobustan, Ağsu, İsmayıllı və Şamaxı rayon sakinlərinin qəbulunu həyata keçirib.

Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda 25-dək sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmək məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR