Mərkəzi Neftçilər Xəstəxanasında atadan oğula böyrək köçürülüb

Mərkəzi Neftçilər Xəstəxanasında atadan oğula böyrək köçürülüb
# 05 mart 2014 10:36 (UTC +04:00)

Xəstəxanadan APA-ya verilən məlumata görə, bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini, 1991-ci il təvəllüdlü İsmayıl Cəfər oğlu İsmayıllı MNX-nə ağır vəziyyətdə müraciət edib.

Həkim-nefroloq Elnur Fərəcov xəstəni müayinə edərək, onda böyrək çatışmazlığının son mərhələsi olduğunu aşkarlayıb və dərhal böyrək köçürülməli olduğunu bildirib: “İsmayıl üçün tez bir zamanda donor tapıldığından, böyrək transplantasiyası üzrə əməliyyata hazırlıq prosesinə başlanıldı. Xəstənin atası Cəfər İsmayılov lazımi müayinələrdən keçərək, müvafiq donor kimi seçildi və əməliyyat təyin edildi. Əməliyyat Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah mütəxəssisləri tərəfindən uğurla icra olundu. Hazırda xəstənin vəziyyəti normaldır. Xəstə Novruz bayramı günlərinə kimi evə buraxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR