Şəmkirdə avtomobil aşaraq yanıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə avtomobil aşaraq yanıb, 4 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 14 oktyabr 2013 14:08 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Şəmkir rayonunda (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə zamanı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişin müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR