Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 aprel 2014 22:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, qəza nəticəsində "Lexus" və "Nissan X-Trail" markalı avtomobillər toqquşub.

Nəticədə "Lexus"un sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ayaq və baş nahiyəsindən xəsarət alan sürücü 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparan Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşlarının APA-ya verdikləri məlumata görə, qəzaya "Lexus"un sürücüsü səbəb olub. Belə ki, o hərəkət zolağında qoşa xəttin tələbini pozaraq "Nissan"ın yoluna çıxıb. Toqquşma nəticəsində avtomobillərə ciddi ziyan dəyib. "Lexus" və "Nissan" yarasız vəziyyətə düşüb.

Qəza ilə bağlı Abbasqulu Ağa Bakıxanov küçəsində tıxac meydana gəlib. Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR