Azərbaycanda tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi məlum olub

Azərbaycanda tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi məlum olub
# 18 fevral 2014 10:02 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına əsasən, tələbə bəzi hallarda ali təhsil müəssisəsindən xaric edilə bilər.

Belə ki, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric olunur.

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırışdan möhlət hüququnu itirirlər. Ali təhsil müəssisəsinin rektoru tərəfindən həmin şəxslərin xaric olunması barədə onların hərbi uçotda olduqları dövlət qurumlarına bir həftə müddətində rəsmi məlumat verilir.

Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR