İranda polis rəisi qətlə yetirilib

İranda polis rəisi qətlə yetirilib
# 27 fevral 2014 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Sistan və Bəlucistan vilayətində polis rəisi qətlə yetirilib.

APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 26-da səhər saatlarında İran nizam-intizam qüvvələri (polislər) ilə narkotik maddələrin qaçaqmalçıları arasında silahlı toqquşma zamanı baş verib.

Xəbərdə qarşıdurmanın bir neçə saat davam etdiyi və nəticədə İranşəhr şəhərinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi Nurbəxş Dehqanın həlak olduğu, iki quldurun da qətlə yetirildiyi bildirilir. Hətta ölənlərin arasında bir qadının olduğu qeyd edilir.

Bundan əlavə, İranın Fars vilayətinin Xəramə rayonunda da polislərlə quldurlar arasında silahlı toqquşma baş verib. Nəticədə ikisi polis olmaqla 5 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR