Xocalı soyqırımının ildönümü münasibətilə “TRT Avaz”da 5 saatlıq veriliş yayımlanacaq

Xocalı soyqırımının ildönümü münasibətilə “TRT Avaz”da 5 saatlıq veriliş yayımlanacaq
# 24 fevral 2014 15:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə Türkiyənin “TRT Avaz” telekanalında 5 saatlıq proqram yayımlanacaq.

Bu barədə APA-ya “TRT Avaz” kanalının proqram koordinatoru, TRT-nin keçmiş Bakı təmsilçisi Yüksəl Dəğərcan məlumat verib.

Türkiyə vaxtı ilə saat 10:00-da başlanacaq proqramda Türkiyə, Azərbaycan, Almaniya, eləcə də digər yerlərdən siyasətçilər, soyqırımın şahidləri, diaspor təşkilatlarının rəhbərləri canlı yayıma qoşularaq fikirlərini bildirəcəklər. Canlı yayıma bağlanacaq şəxslər arasında həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri olacaq.

Proqramda Xocalıda ermənilərin törətdiyi qətiamların kadrları nümayiş olunacaq, şahidlərin müsahibələrinə yer veriləcək.

Proqrammı “TRT Avaz”ın tanınmış aparıcısı Haluk Koç təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR