Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçilib

Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçilib
# 19 fevral 2014 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Anarın APA-ya verdiyi məlumata görə, bu barədə qərar Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub: “Bu, yeni birlikdir. Nəzərdə tutulub ki, Türk Şurasına üzv olan ölkələrin yazarlar birlikləri arasında əlaqələr genişlənsin. Hazırda Türkiyədəyəm, fevralı 21-də Bakıya qayıdan kimi yeni yaranan birliyin mahiyyəti, əhəmiyyəti haqqında geniş məlumata verəcəyəm”.

Qeyd edək ki, Konqresdə həmçinin xalq yazıçısı Anara “Balkanlar Türk Mədəniyyətinə Xidmət” ödülü də təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR