“Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib

“Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib
# 24 iyun 2014 10:02 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalar uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə təsdiqlənib.

Əmrə əsasən, Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” qüvvədən düşmüş hesab edilib. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nı rəhbərlik və icra üçün qəbul etsinlər, həmin “Qaydalar”ın məzmununun məktəb rəhbərlərinə, bütövlükdə pedaqoji kollektivlərə və valideynlərə çatdırılmasını təmin etsinlər, şagird qəbulu və yerdəyişməsi ilə bağlı məsələlərin müəyyən olunmuş qaydalar daxilində həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR