Bakıda V-VI siniflər üçün monitorinq imtahanları keçirilir

Bakıda V-VI siniflər üçün monitorinq imtahanları keçirilir
# 17 aprel 2014 08:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda V və VI siniflər üçün monitorinq imtahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, Bakıda keçiriləcək imtahanlar aprelin 17 və 18-də, tarixlərində olacaq.

Bu gün 3547 nəfər V sinif şagirdi (2769 nəfər Azərbaycan bölməsi, 778 nəfər rus bölməsi) imtahanda iştirak edəcək.

Ümumilikdə bu imtahanlar respublika üzrə 250-yə yaxın məktəbdə həyata keçiriləcək. XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. XI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcək. XI siniflər üçün monitorinq imtahanları respublika üzə ümumilikdə 400-dən artıq məktəbdə həyata keçiriləcək.

Bakıda aprelin 17 və 18-də, digər şəhər və rayonlarda isə 14 və 15 aprel tarixlərində olacaq.

Qeyd edək ki, TQDK prezidentin 2013-cü il tarixli fərmanına müvafiq olaraq yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi orta təhsil müəssisələrinin şagirdləri arasında monitorinq imtahanları keçirir. V və VI siniflər üçün digər şəhər və rayonlarda isə monitorinq imtahanları 14 və 15 aprel tarixlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR