Mexikoda Azərbaycan Demokratik Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

Mexikoda Azərbaycan Demokratik Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - <span style="color: red;">FOTO
# 05 iyun 2013 07:50 (UTC +04:00)

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda, Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, ölkədə yaşayan azərbaycanlılar, habelə türk, Ukrayna və yəhudi icmalarının üzvləri, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirin açılış mərasimində hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra, çıxış edən səfir İlqar Muxtarov hər il may ayinin 28-də Azərbaycan xalqı tərəfindən bayram edilən, şərqdə ilk demokratik dövlət quruluşunu bəyan etmiş Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, ölkəmizin müasir dövrümüzədək keçdiyi tarixi yoldan bəhs edib.

Səfir, ADR-in dünyada beşinci ölkə olaraq ilk dəfə qadınlara parlamentdə səsvermə və seçilmə hüququnu verdiyini, Şərqdə ilk universitetin də məhz bu dövrdə təsis edildiyini diqqətə çatdırıb.

Qəbul zamani, qonaqlara Azərbaycan milli mətbəx nümunələri təqdim edilib, tədbir ərzində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR