Cəlilabadda çantada 2 kq-dək narkotik aşkarlanıb

Cəlilabadda çantada 2 kq-dək narkotik aşkarlanıb
# 15 fevral 2014 10:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Cəlilabadda şübhəli çantada 2 kq-a yaxın narkotik tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də Cəlilabad şəhər sakini Məhərrəm Əliyev polisə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkar etdiyini bildirib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən çantaya baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR