“Ümid var”, “Üz-üzə” və “Adam içində” verilişləri MTRŞ-da müzakirə olunub

“Ümid var”, “Üz-üzə” və “Adam içində” verilişləri MTRŞ-da müzakirə olunub
# 14 mart 2014 14:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında ANS telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanıb, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.

Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR