Rusiya prezidentinin köməkçisi: “Biz Ukraynadakı proseslərə qarışmırıq”

Rusiya prezidentinin köməkçisi: “Biz Ukraynadakı proseslərə qarışmırıq”
# 24 yanvar 2014 14:58 (UTC +04:00)

Bakı – APA. Rusiya Ukraynada gedən proseslərə qarışmır. Lakin Kiyevlə ən yüksək səviyyədə təmaslar davam edir.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz birmənalı olaraq oradakı proseslərə qarışmırıq. Lakin bu o demək deyil ki, müxtəlif nümayəndələrlə, o cümlədən ən yüksək səviyyədə təmaslarımız yoxdur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR