Əmək və əhalinin sosial müdafiəsi naziri Sumqayıtda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sumqayıtda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 11:35 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Nazirliyin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu şəhərin və Qubadlı, Abşeron, Xızı rayonlarının sakinlərini qəbul edib. «APA-Economics»in xəbər verdiyi kimi, qəbulda ümumilikdə 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib.

Müraciətlərin əksəriyyəti dövlət hesabına mənzil və minik avtomobillərin verilməsi, reabilitasiya vasitələri və münasib işlə təmin olunması, bərpa müalicəsinə köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və əlillik dərəcələrinin verilməsi kimi məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə araşdırılıb və vətəndaşların qaldırdıqları məsələlərin həll olunması üçün müvafiq tədbirlər görülüb.

S.Müslümov bir sıra imtiyazlı vətəndaşlara bərpa müalicəsi üçün sanator-kurort yollayışlarının, Nazirliyin tabeliyindəki müalicə müəssisələrinə göndərişlərin verilməsi, xaricdə müalicələrinin təşkilinə aidiyyəti köməklik göstərilməsi, müraciət edən işsiz vətəndaşların məşğulluq xidməti vasitəsilə münasib işlə təmin edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbul zamanı minik avtomobili almaq üçün növbədə olan əlillərə bu il ərzində avtomobil ala biləcəkləri, mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara isə yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında mənzillə təmin olunacaqları bildirilib. Dövlət hesabına mənzillə təmin olunmaq üçün müraciət edən vətəndaşlara bunun üçün ilk növbədə aidiyyəti icra hakimiyyəti orqanında növbəyə dayanmaları tövsiyə olunub.

S.Müslümov müraciətlərin dinlənilməsi zamanı vətəndaşlara qarşı süründürməçilik hallarına yol verdikləri Nazirliyin əməkdaşlarının fəaliyyətinin araşdırılmasını və müvafiq inzibati tədbirlərin görülməsini tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR